Belarus Respublikasının Prezidenti Administrasiyası nəzdindəki Milli Kitabxanada ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans təşkil edilmişdir.
Azərbaycanın Belarusdakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, əvvəlcə tədbirdə Ulu Öndərə həsr olunmuş sənədli film nümayiş etdirilmişdir.
Tədbirdə çıxış edən səfir İsfəndiyar Vahabzadə, Belarus xarici işlər nazirinin müavini Valentin Rıbakov, Milli Məclisin İqtisadi siyasət komissiyasının sədri Ziyad Səmədzadə, Ali Attestasiya Komissiyasının sədri, akademik Arif Mehdiyev, Belarus parlamentinin Nümayəndələr palatasının xarici əlaqələr komissiyasının sədri Nikolay Samoseyko, Belarus Azərbaycan icmaları konqresinin sədri N.Bağırov və digərləri çıxış edərək ümummilli lider Heydər Əliyevin dövlətçiliyimizin qorunub saxlanılmasında, xalqımızın maddi-mədəni rifah halının yüksəldilməsində, respublikamızın hərtərəfli inkişafında və beynəlxalq miqyasda nüfuzunun artması istiqamətində əvəzsiz xidmətlərindən danışmış və Ulu Öndərlə bağlı xatirələrini bölüşmüşlər.
Konfransda Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən fotolardan ibarət sərgi nümayiş olunmuşdur.
AzərTAc