Bu gün Bakıda Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşkilatçılığı ilə birinci Cənubi Qafqaz Forumu öz işini davam etdirir. Forumun iclasının sonuncu günündə ilk müzakirə "Funksiyalara cəmiyyətlər naminə Mədəniyyətlərarası və dinlərarası münasibətlər" və "Şəxsiyyətin plüralizmi" mövzuları ətrafında olub.
SİA xəbər verir ki, birinci zalda iclasın moderatoru, tədqiqat fondunun əməkdar sədri Mankombu Sambasivan Swaminatan qonaqları salamlayıb və bugünkü məruzəçiləri təqdim edib.
Tanıtım mərasimindən sonra söz Litvanın sabiq prezidenti Valdas Adamkusa verilib. O tarix boyu katoliklərə qarşı təzyiqlərdən danışıb. Sabiq prezident Litvada 77 faiz insanın özünü katolik hiss etdiyini, 20 faizin isə sadəcə olaraq ibadət etdiyini deyib.
Daha sonra söz Uruqvayın sabiq prezidenti Luis Alberto Lakalle və Bolqarıstanın eks-prezidenti Petra Stoyanov mövzu ilə bağlı fikirlərini bildirib.
Çıxış edən Latviyanın keçmiş prezidenti Valdis Zatlers dövlət ilə din arasında xüsusi qanunun mövcudluğunun vacibliyindən danışıb.
İkinci zalda isə ABŞ-ın birinci xanımı Mişel Obamanın şəxsi heyətinin sabiq rəhbəri moderatorluq edir. Burada məruzəçilər Hindistan parlamentinin Yuxarı Palatasının üzvü Kuran Sing, Mavritaniyanın sabiq Prezidenti Kassam Utim, Mərmərə Qrupu Fondunun Baş Katibi Akkan Suver, Yəmənin sabiq Baş Naziri Abdulkarim Əl İryani, İsveçrə Konfederasiyanın eks-prezidenti Mişelin Kalmi-Rey mövzu ilə bağlı fikirlərini bildirib.
Çıxışlardan sonra müzakirələr davam etdirilir.
sia.az