"Belə forumların təşkil olunması çox vacibdir". SİA-nın verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Bolqarıstanın sabiq prezidenti Petra Stoyanov Bakıda keçirilən Birinci Cənubi Qafqaz forumu haqqında fikir bildirərkən deyib.
Onun sözlərinə görə, bu forum bir çox suallara aydınlıq gətirib: "Hər şeydən əvvəl biz öz panelimizdə forumun ən mühüm məsələlərindən birini müzakirə etdik. Bu dialoq ingilis dilində aparıldığından biz bir-birimizi tam aydın başa düşdük. Biz fərqli insanlarıq, fərqli ölkələrə, mədəniyyətlərə, regionlara, ənənələrə və dövlətlərə mənsubuq. Lakin buna baxmayaraq, burda iştirak edən liderlər bir-birlərini çox yaxşı anladı və öz siyasi təcrübələrindən irəli gələn fikir mübadiləsi apardılar. Biz müstəqillik, ümümbəşəri dəyərlər, bu dəyərlərin ayrı-ayrı ölkələrdə nələri özündə ehtiva etməsi ilə bağlı bir sıra məsələləri müzakirə etdik. Sonda qeyd edim ki, forumun təşkilatçılarına öz minnətdarlığımı bildirirəm."
sia.az