Milli Məclisin yaz sessiyasının mayın 14-də baş tutacaq növbəti iclasının gündəliyinə 7 məsələ daxil edilib. Bu barədə SİA-ya açıqlamasında parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu deyib.
Onun sözlərinə görə, növbəti iclasda 2 yeni qanun "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi" və "Sahibkarların maraqlarının müdafiəsi haqqında" qanun layihəsi müzakirə olunacaq. Bununla yanaşı, "Avtomobil yolları haqqında", "İcbari sığorta haqqında", Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər ediləcək. "Qara Dəniz Ticarət və İnkişaf Bankının təsis edilməsi haqqında sazişə düzəlişlərin təsdiq edilməsi" haqqında qanun layihəsi və "Miqrasiya Məcəlləsi" layihəsinin müzakirəsi gündəliyə salınan məsələlər sırasındadır.
sia.az