PDF Oxu

Siyasət

  • 4

Madrid klubu ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi arasında əməkdaşlıq protokolu imzalanıb

Madrid klubu ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi arasında əməkdaşlıq protokolu imzalanıb

Birinci Cənubi Qafqaz forumu öz işini uğurla başa vurub. SİA-nın verdiyi xəbərə görə, forumdan sonra baş tutan mətbuat konfransında çıxış edən Diasporla iş üzrə dövlət komitəsinin sədri Nazim İbrahimov bildirib.

Onun sözlərinə görə, forum Azərbaycanın dünyaya tanıdılması üçün çox əhəmiyyətli olub: "Tədbirin keçirilməsi göstərdi ki, Azərbaycanda bütün bütün sahələrdə sürətli inkişaf gedir. Forumda sivilyasiyalararası, mədəniyyətlərarası dialoq, dözümlülük, tolerantlıq məsələləri, qadın hüquqları ətrafında müzakirələr edilib. Azərbaycan bugün dünyada tolerantlıq nümunəsidir və bu səbəbdən də Bakı təsadüfi seçilməyib. Gələcəkdə aparılacaq tədbirlər Bakının mədəniyyət və dialoq mərkəzinə çevrilməsinə xidmət edəcək".

Daha sonra çıxış edən Madrid klubunun prezidenti, Niderlandın sabiq baş naziri Vim Kok bildirib ki, iki gün davam edən konfrans çərçivəsində dini, mədəni fərqliliklərlə bağlı müzakirələr aparılıb: "Müzakirələrdə əsas məqsəd müxtəlif məsələlərin həllinin birgə çalışmaqla mümkün olduğunu göstərmək idi".

V.Kok əvvəlcə Gəncədə keçirilən genişmiqyaslı konfrans barədə məlumat verərək deyib ki, həmin tədbir qadınların sosial-iqtisadi həyatda rolunun artırılmasına xidmət edib: "Bakıda ilk dəfə olan forum iştirakçıları böyük təəssüratlar əldə edib, təkrar gələnlər isə böyük inkişafın şahidi olublar".

Forumun sonunda Madrid klubu ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi arasında əməkdaşlıq protokolu imzalanıb. İmzalanma mərasimində N.İbrahimov bildirib ki, protokolda gələcəkdə bu kimi tədbirlərin keçirilməsinə dəstək ifadə olunub. O qeyd edib ki, Azərbaycan dövləti bu cür tədbirlərə öz dəstəyini göstərəcək.

sia.az

Digər xəbərlər