Mayın 8-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu və Azərbaycan Qaçqınlar Cəmiyyətinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev azərbaycanlıların deportasiyasına və soyqırımına verilən tarixi-siyasi qiymətin banisidir" mövzusunda konfrans keçirilmişdir.
Konfransda Azərbaycan xalqının tarix boyu məruz qaldığı deportasiyalardan danışmışdır. Qeyd edilmişdir ki, yalnız ümummilli lider Heydər Əliyevin səyi nəticəsində bu hadisələrin siyasi qiymətləndirilməsi mümkün olmuşdur.
AzərTAc