PDF Oxu

Siyasət

  • 10

Mübariz Qurbanlı: “Gürcüstanla bizim çox sıx əlaqələrimiz var”

Mübariz Qurbanlı: “Gürcüstanla bizim çox sıx əlaqələrimiz var”

"Ümummiyyətlə, Cənubi Qafqaz regionunun və onun sosial-iqtisadi məsələləri daima Azərbaycanın diqqət mərkəzində olub". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı birinci Cənubi Qafqaz forumunun ölkəmiz üçün oynadığı mühüm roldan danışarkən deyib.

M.Qurbanlının sözlərinə görə, Azərbaycan bu məsələdə həmişə aparıcı ölkə rolunda çıxış edib: "Bu da təsadüfi deyil. Çünki Cənubi Qafqazın iqtisadi potensialının 80 faizi ölkəmizin payına düşür. Bu mənada hesab edirəm ki, bu cür forumların Bakıda keçirilməsi qanunauyğundur. Ümumiyyətlə biz Qafqaz ideyasına həmişə tərəfdar olmuşuq. Lakin Ermənistanın təcavüzü və onun dırnaqarası fəaliyyəti bütövlükdə Qafqazda sülhün, əminamanlığın yaranmasına əngəl olub. Amma bu baxımdan Gürcüstanla bizim çox sıx əlaqələrimiz var. Prezident İlham Əliyevin də həmin forumda iştirakı, orada söylədiyi fikirlər onu göstərir ki, bu cür tədbirlər məhz bizim maraqlarımıza uyğun şəkildə həyata keçirilir".

sia.az

Digər xəbərlər