PDF Oxu

Siyasət

  • 9

Prezident İlham Əliyev Böyük Vətən müharibəsi veteranlarına diqqət və qayğı ilə yanaşır

Prezident İlham Əliyev Böyük Vətən müharibəsi veteranlarına diqqət və qayğı ilə yanaşır

Ömər Ağayev: "Biz ölkə başçısı Cənab Prezident İlham Əliyevdən çox razıyıq və hər zaman onu dəstəkləyirik"

Adilə Ağakişiyeva: "Biz hamımız Cənab Prezidentə dərin minnətdarlığımızı bildiririk"

1941-1945-ci illər Boyük Vətən müharibəsi zamanı qazanılmış qələbədə Azərbaycan xalqının da böyük əməyi və əziyyəti olmuşdur. Tarixin bu çətin sınaq dövründə müharibənin, SSRİ-yə daxil olan dövlətlər arasında Azərbaycanın da qələbədə oynadığı böyük rol heç bir zaman tarixin yaddaşından silinə bilməz. Müharibə iştirakçıları olan həmyerlilərimiz ölkəmiz müstəqillik qazandıqdan sonra daima dövlətimizin diqqət və qayğısını görüblər. Ulu Öndər Heydər Əliyev Böyük Vətən müharibəsi veteranlarına, müharibədə həlak olanların ailələrinə hər zaman diqqət və qayğı ilə yanaşıb. Ümummilli Liderin layiqli davamçısı cənab Prezident İlham Əliyev də Böyük Vətən müharibəsi veteranlarına, müharibədə həlak olanların ailələrinə xüsusi diqqət və qayğı ilə yanaşır. Cənab Prezident İlham Əliyev tərəfindən göstərilən bu diqqət və qayğı yüksələn xətlə davam edir. Bunun göstəricisi kimi qeyd etməliyik ki, cənab Prezident İlham Əliyev müharibə veteranlarına, müharibədə həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi ilə bağlı sərəncamlar imzalamışdır. Bu sərəncamlara əsasən həmin kateqoriyalardan olan vətəndaşlara birdəfəlik maddi yardımlar verilib.

Ölkə Prezidenti Cənab İlham Əliyevin bu sahəyə göstərdiyi xüsusi diqqət və qayğıdan və eləcə də Böyük Vətən müharibəsinin ağrılı-acılı günlərindən və şərəfli qələbədən bəhs edən müsahiblərimiz aşağıdakı fikirləri bildirdilər:

Səbael rayonu Veteranlar Şurasının sədri, Sosialist Əməyi qəhrəmanı,

Ömər Ağayev:

- Bu il may ayının 9-da qələbənin 68-ci il dönümüdür. Bu münasibətlə dünyanın bir çox ölkələrində bu il də qələbə bayram kimi qeyd ediləcək. Qeyd etməliyəm ki, qələbə qazanılana kimi çox böyük əzab-əziyyətlər görmüşük. O vaxtın ağrılı-acılı günləri heç vaxt unudulmur. O dönəmdə elə bir ailə olmayıb ki, müharibənin ağrısı-acısı həmin ailəyə təsir etməsin. Azərbaycandan orduya 600000-dən çox insan gedib, onun yarısından çoxu həlak olub. Bu gün isə respublikamızda təxminən 2000-dən yuxarı Böyük Vətən müharibəsi iştirakçısı var. Müharibə zamanı arxa cəbhədə də böyük işlər görülür və qələbə qazanılması üçün insanlar əllərindən gələni əsirgəməzdilər. Arxa cəbhədə nəyə imkan vardısa, hazırlanıb ön cəbhəyə göndərilirdi.

Hamıya məlumdur ki, Ulu Öndər Heydər Əliyev hər zaman Böyük Vətən Müharibəsi iştirakçılarına, müharibədə həlak olanların ailələrinə diqqət və qayğı ilə yanaşıb. Bu gün isə cənab Prezident İlham Əliyev müharibə veteranlarına, müharibədə həlak olmuş və vəfat etmiş döyüşçülərin ailələrinə öz xüsusi diqqət və qayğısını heç bir zaman əsirgəmir. Biz buna görə cənab Prezidentə böyük minnətdarlığımızı bildiririk.

Böyük Vətən müharibəsi iştirakçısı,

Əli Nəsirov:

- Böyük Vətən müharibəsi iştirakçısı olaraq deyə bilərəm ki, o zaman müharibədə qələbə qazanmaq üçün çox əziyyətlər çəkməli olduq. Bütün Azərbaycan xalqı bu müharibənin qələbə ilə bitməsində böyük rol oynadı. İstər ön cəbhədə və istərsə də arxa cəbhədə çox böyük işlər görüldü. Əsgərlərimiz nizam -intizamla, rəhbərliyə tabe olmaqla, mərdliklə döyüşürdülər. Biz çalışırdıq ki, ölkəmizi, vətənimizi qoruyaq və bu yolda heç nədən çəkinmədən, qorxmadan döyüşürdük. Sonda isə qələbə bizim oldu.

Ölkə Prezidenti cənab İlham Əliyev hər zaman biz veteranlara xüsusi diqqət və qayğı ilə yanaşıb. Biz ölkə başçısından çox razıyıq və hər zaman Onu dəstəkləyirik. O, bizim bütün problemlərimizi həll edir və bizə diqqət və qayğı göstərir.

Böyük Vətən müharibəsi veteranı,

Adilə Ağakişiyeva:

- Böyük Vətən müharibəsi vaxtında SSRİ-yə daxil olan bütün dövlətlərin xalqları kimi azərbaycanlılar da bu müharibədə fəal iştirak edərək, qələbə qazanılmasında öz xidmətlərini göstərdilər. Çox ağrılı-acılı, çətin illər idi. Bu illər ərzində bütün respublikalarda həyat şəraiti çətinləşmişdi. Mən gecə-gündüz dayanmadan əməliyyat stolunun arxasında olmuşam və yaralı əsgərlərə köməklik göstərmişəm. Əlbəttdə, müharibə zamanı həddən ziyadə itkilər oldu. Xalqımızın da çoxsaylı nümayəndələri bu müharibədə həlak oldu, bir çox ailələr övladlarını, ailə başçılarını itirdilər. Müharivə zamanı döyüşdən, müharibədən, qələbə qazanmaqdan başqa heç nə düşünmürdük. Bütün fikrimizi, diqqətimizi müharibəyə yönəltmişdik. Qələbə qazanmaq və düşmənləri məhv etmək istəyirdik.

Hamıya məlumdur ki, Ulu Öndər Heydər Əliyev hər zaman bizə diqqət və qayğı ilə yanaşıb. Bu gün də Ümummilli Liderin layiqli davamçısı Cənab Prezidentimiz İlham Əliyev də bizə xüsusi diqqət və qayğı ilə yanaşır. Biz hamımız Cənab Prezidentə dərin minnətdarlığımızı bildiririk.

Bakı Şəhər Veteranlar Şurasının nəzarət-təftiş komissiyasının sədri,

Camal Qəhrəmanov:

- Məlumdur ki, 1941-1945-ci illərdə Böyük Vətən müharibəsi Azərbaycan xalqına da böyük itkilər verib. Minlərlə azərbaycanlı bu müharibədə iştirak edib. Qələbənin qazanılmasında azərbaycanlıların, Azərbaycan neftinin və digər sərvətlərimizin böyük rolu olub. Neftimizin, müharibədə qələbə qazanılmasındakı rolunu hər kəs çox yaxşı bilir. Böyük Vətən müharibəsində Azərbaycandan 130 nəfər Sovet İttifaqı Qəhrəmanı, 12 nəfər şöhrət ordeni və digər medallarla təltif olunublar. Müharibə zamanı insanlar aclıq çəkir və çox pis şəraitdə yaşayırdılar. Lakin buna baxmayaraq biz bütün gücümüzü səfərbər edib, qələbə qazandıq.

Ulu Öndər Heydər Əliyev bizə hər zaman xüsusi hörmətlə, diqqət və qayğı ilə yanaşıb. Bizim müharibədə çəkdiyimiz əməyimizi yüksək dəyərləndirib. Ümummilli Liderimizin siyasi kursunun layiqli davamçısı Cənab Prezident İlham Əliyev bizə xüsusi qayğı ilə yanaşır. Cənab Prezident müharibə veteranlarına, müharibədə həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardımlar ayrılması haqqına da sərəncamlar imzalayıb və imzalanmış sərəncamlar nəticəsində maddi yardımların məbləği ildən-ilə yüksək səviyyədə artır.

Veteran Əlaçısı Ümumittifaq festifalının laureantı,

Əlfayım İsmayılov:

- Əlbəttə, müharibə hər zaman böyük itkilər, dağıntılar, faciələr gətirir. Bu müharibə özü ilə böyük çətinliklər gətirmiş oldu. İnsanlar çox əziyyətlər çəkmiş oldular. Müharibədə həm ön cəbhədə, həm də arxa cəbhədə azərbaycanlılar xüsusi məharətlə öz sözlərini deyiblər. O böyük çətinliklərə baxmayaraq qələbə qazanıldı. Qələbənin qazanılmasında ölkəmizin neftinin böyük rolu oldu. Qeyd edim ki, Ulu Öndərimiz Heydər Əliyev hər zaman deyirdi ki, Azərbaycan nefti olmasaydı, müharibədə qələbə qazanılmazdı. Əlbəttdə, ölkəmizin sərvətlərinin müharibədə qələbə qazanılmasında böyük rolu olub. Bütün çətinliklərə, ağrı-acılara baxmayaraq, qələbə qazanıldı. Biz bu qələbə ilə fəxr edirik.

Cənab Prezidentimiz, hər zaman olduğu kimi bu gündə bizə xüsusi diqqət və qayğı ilə yanaşır. Cənab Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk. Ümummilli Liderimizin layiqli davamçısı Cənab Prezident İlham Əliyevi hər zaman dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik.

Cahid Süleymanov

Digər xəbərlər