PDF Oxu

Siyasət

  • 10

Ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş elmi-nəzəri konfrans keçirilmişdir

Ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş elmi-nəzəri konfrans keçirilmişdir

Mayın 7-də Azərbaycanda Atatürk Mərkəzində Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) Respublika Komitəsinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş elmi-nəzəri konfrans keçirilmişdir.

AzərTAc xəbər verir ki, konfransda MİHİ Respublika Komitəsinin sədri Cəmilə Səttarova Ulu Öndərin həyat və fəaliyyətindən, onun Azərbaycan elminin, mədəniyyətinin, iqtisadiyyatının inkişafındakı əvəzsiz rolundan danışmışdır.

Azərbaycan tarixinin 30 ildən artıq bir dövrünün ümummilli lider Heydər Əliyevin – müasir müstəqil Azərbaycan dövlətçiliyinin banisinin adı ilə bağlı olduğunu bildirən komitə sədri Ulu Öndərin Azərbaycanın tənəzzüllü dövründə hakimiyyətə gəldiyini və ölkəni inkişaf yoluna çıxardığını xüsusi vurğulamışdır.

Ümummilli Liderin Azərbaycan xalqının sosial rifahı, mədəni tərəqqisi üçün danılmaz fəaliyyətindən söhbət açan C.Səttarova bildirmişdir ki, qeyri-adi zəka sahibi olan, geniş dünyagörüşünə və zəngin dövlətçilik təcrübəsinə malik Heydər Əliyev mütərəqqi ideyaları, uzaqgörən siyasəti nəticəsində xalqı, ölkə iqtisadiyyatını böhrandan çıxarmış, Azərbaycanı Cənubi Qafqazın ən güclü dövlətinə çevirmişdir. Qeyd edilmişdir ki, dahi liderin əsasını qoyduğu azərbaycançılıq məfkurəsi bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə və uğurla davam etdirilir.

Digər çıxış edənlər də Ümummilli Liderin tarixi missiyasından, xalq qarşısındakı əvəzsiz xidmətlərindən söz açmışlar. Tədbir iştirakçıları dahi şəxsiyyət Heydər Əliyevin mətbuat, mədəniyyət. musiqi, təhsil, idman və teatr sahələrinə olan diqqət və qayğısından danışaraq Azərbaycanın dünyəvi dövlətə çevrilməsində Ulu Öndərin rolunu xüsusi vurğulamışlar.

Konfransda daha sonra "Heydər Əliyev – milli inkişaf strategiyasının banisi", "Sabahda səslənən keçmişimiz", "Azərbaycan idmanında ulu öndər Heydər Əliyevin rolu", "Heydər Əliyev və jurnalistika" mövzularında məruzələr dinlənilmişdir.

AzərTAc

Digər xəbərlər