PDF Oxu

Siyasət

  • 12

“Azəryolservis” ASC-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə sərgi təşkil olunmuşdur

“Azəryolservis” ASC-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə sərgi təşkil olunmuşdur

Mayın 8-də Nəqliyyat Nazirliyi "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətində (ASC) Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə sərgi təşkil olunmuşdur.

ASC-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, sərgidə çıxış edən Səhmdar Cəmiyyətin sədri Cavid Qurbanov müasir Azərbaycanın qurucusu Heydər Əliyevin ölkəmizin inkişafı üçün gördüyü misilsiz işlər barədə geniş məlumat vermişdir. Qeyd olunmuşdur ki, Ulu Öndərin diqqət və qayğısı sayəsində ötən illərdə bir çox sahələrlə yanaşı, yol infrastrukturu da böyük inkişaf yolu keçmişdir. Təkcə İpək yolunun bərpası layihəsini xatırlatmaq kifayətdir. Bu beynəlxalq əhəmiyyətli layihənin reallaşması məhz Ümummilli Liderin adı ilə bağlıdır. Ulu Öndərin təşəbbüsü ilə 1998-ci il sentyabrın 8-9-da tarixi İpək yolunun bərpasına dair Bakıda keçirilən konfransda 32 ölkənin və 13 beynəlxalq təşkilatın səlahiyyətli nümayəndələri iştirak etmiş, Avropa-Asiya nəqliyyat dəhlizinin inkişaf etdirilməsi haqqında Bakı deklarasiyası qəbul olunmuşdur.

Vurğulanmışdır ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf strategiyası hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Respublikamızda aparılan düzgün iqtisadi siyasətin nəticəsidir ki, bütün sahələr kimi yol təsərrüfatı da dinamik inkişaf yolundadır.

Sonra sərgiyə baxış keçirilmişdir. Sərgidə ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövrlərdə imzaladığı qanun, fərman və sərəncamlar, Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən kitablar, fotoşəkillər və videoçarx nümayiş olunmuşdur.

AzərTAc

Digər xəbərlər