PDF Oxu

Siyasət

  • 16

Uruqvay ilə Azərbaycan arasında münasibətlərin perspektiv inkişafı müzakirə olunmuşdur

Uruqvay ilə Azərbaycan arasında münasibətlərin perspektiv inkişafı müzakirə olunmuşdur

Mayın 8-də Milli Məclisin Azərbaycan-Uruqvay parlamentlərarası işçi qrupunun üzvləri Uruqvayın keçmiş prezidenti, senator Luis Alberto Lasaye ilə görüşmüşlər.

AzərTAc xəbər verir ki, işçi qrupunun rəhbəri Cavanşir Feyziyev Uruqvayın nüfuzlu siyasi xadimini Azərbaycanda görməkdən məmnun olduğunu bildirmişdir. Qeyd olunmuşdur ki, siyasi, iqtisadi və digər sahələri əhatə edən münasibətlərin inkişafı qarşılıqlı faydalı əməldaşlığa yol açır. Əlaqələrin genişləndirilməsində parlamentlər böyük rol oynayırlar. Parlamentlərarası işçi qruplarının qarşılıqlı səfərləri dövlətlərin də yaxınlaşmasına şərait yaradır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında qonağa məlumat verən C.Feyziyev bildirmişdir ki, 1992-ci il may ayının 8-də Ermənistan silahlı birləşmələri Azərbaycanın qədim Şuşa şəhərini işğal etmişlər. İşğalçılar beynəlxalq qanunlara məhəl qoymayaraq Azərbaycanın mədəniyyət abidələrini dağıtmışlar.

Azərbaycana etdiyi səfərdən məmnun qaldığını bildirən senator Luis Alberto Lasaye demişdir ki, Azərbaycan dini baxımdan tolerant ölkədir. Burada müxtəlif dinlərə mənsub olan insanlar mehribanlıq şəraitində yaşayırlar.

Uruqvay ilə Azərbaycanın kifayət qədər oxşar cəhətlərinin olduğunu qeyd edən senator bildirmişdir ki, ölkəsinə qayıtdıqdan sonra səfəri haqqında əhatəli hesabat hazırlayıb prezidentə təqdim edəcəkdir. Hesabatda Azərbaycanın dini tolerantlığı, iqtisadi inkişafı və digər məsələlər əks olunacaqdır.

Görüşdə Uruqvay ilə Azərbaycan arasında münasibətlərin perspektiv inkişafı müzakirə olunmuşdur.

AzərTAc

Digər xəbərlər