PDF Oxu

Siyasət

  • 9

Ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışından sonra Gürcüstandakı öz yurd-yuvalarını tərk etmək məcburiyyətində qalan azərbaycanlıların durumunda da müsbət dəyişikliklər baş vermişdir

Ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışından sonra Gürcüstandakı öz yurd-yuvalarını tərk etmək məcburiyyətində qalan azərbaycanlıların durumunda da müsbət dəyişikliklər baş vermişdir

Azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin yüksək dağlıq ərazisi olan Dmanisi rayonunun mərkəzində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə tədbir keçirilmişdir.

Dmanisi Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Süleymanov müstəqilliyin bərpasının ilk illərində-ötən əsrin 90-cı illərinin əvvəllərində ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi əsasında yenidən hakimiyyətə qayıtması nəticəsində Azərbaycanda anarxiyaya, qeyri-sabitliyə son qoyulması ilə yanaşı, Gürcüstandakı hərc-mərclikdən əziyyət çəkən, öz yurd-yuvalarını tərk etmək məcburiyyətində qalan azərbaycanlıların durumunda da müsbət dəyişikliklər baş verdiyini demişdir.

Rayon bələdiyyəsinin sədri Nodar Adeişvili Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ötən əsrin 90-cı illərində keçid dövrünün çətinlikləri ilə üzləşmiş həm Azərbaycan və həm də Gürcüstanda, ümumiyyətlə regionda sabitliyin bərpası yönümündə həyata keçirdiyi məqsədyönlü siyasətin vəziyyətin qaydaya salınmasına imkan yaratdığını vurğulamışdır.

Sonda tədbir iştirakçıları "Dolu" və "Dostluğa çağırış" filmlərinə baxmışlar.

Tədbirdə Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin əməkdaşı Qurban Abbaslı, ARDNŞ-in Gürcüstan nümayəndəliyinin əməkdaşı Şövqi Mehdizadə iştirak etmişlər.

AzərTAc

Digər xəbərlər