PDF Oxu

Siyasət

  • 6

YAP-ın təşəbbüsü ilə Nərimanov rayonunda ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə ağacəkmə aksiyası keçirilmişdir

YAP-ın təşəbbüsü ilə Nərimanov rayonunda ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə ağacəkmə aksiyası keçirilmişdir

Mayın 9-da YAP-ın və Nərimanov rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə akademik Həsən Əliyev və Aşıq Cüma küçələrinin kəsişməsində salınmış yaşıllıq zolağının ərazisində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə ağacəkmə aksiyası keçirilmişdir.

Nərimanov rayonunda ekoloji tarazlığın qorunub saxlanılması məqsədi ilə xüsusi olaraq yaşıllığın salınması üçün ayrılmış ərazidə keçirilmiş aksiya çərçivəsində İtaliyadan gətirilmiş, hündürlüyü 4-5 metr olan 200-dən artıq "Leylandra" növlü ağaclar əkilmiş, təmizlik-abadlıq işləri aparılmışdır.

Nərimanov RİH-in təşəbbüsü ilə səkkiz hektar sahədə salınmış meşə zolağının ərazisi tullantılardan təmizlənmiş, müvafiq hazırlıq işləri aparılmış, gübrə və münbit torpaq gətirilmişdir. Bu ərazidə rayonda fəaliyyət göstərən müəssisələr və təşkilatlar tərəfindən keçirilmiş iməciliklər nəticəsində minlərlə bəzək ağacı, gül kolu əkilmiş, lazımı suvarma sistemi qurulmuş, ətraf ərazi abadlaşdırılmışdır. Meşə zolağının qorunması məqsədi ilə ərazinin ətrafı hasara alınmış və yaxınlığındakı yollara yeni asfalt örtüyü salınmışdır.

yap.org.az

Digər xəbərlər