PDF Oxu

Siyasət

  • 10

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müasir İncəsənət Mərkəzində rusiyalı gənc rəssamların sərgisinin açılışında iştirak etmişdir

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müasir İncəsənət Mərkəzində rusiyalı gənc rəssamların sərgisinin açılışında iştirak etmişdir

Mayın 9-da Müasir İncəsənət Mərkəzində Beynəlxalq Səyyar İncəsənət Akademiyası layihəsinin iştirakçıları olan rusiyalı gənc rəssamların sərgisinin açılışı olmuşdur.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva açılışda iştirak etmişdir.

Müasir İncəsənət Mərkəzinin icraçı direktoru Xəyyam Abdinov tədbiri giriş sözü ilə açaraq sərginin böyük maraq doğuracağına əminliyini ifadə etmişdir. Sərginin keçirilməsində göstərdiyi dəstəyə görə Heydər Əliyev Fonduna minnətdarlıq edən Rusiyanın Əməkdar İncəsənət Xadimi, Beynəlxalq Proqramlar Direktorluğunun direktoru Tatyana Şumova Bakıda olmaqdan məmnunluğunu bildirmişdir. Qeyd etmişdir ki, Beynəlxalq Səyyar İncəsənət Akademiyası layihəsinin iştirakçıları olan rusiyalı gənc rəssamların sərgisi iki ölkə arasında humanitar əlaqələrin daha da inkişaf etməsinə töhfə verəcəkdir.

Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və qonaqlar sərgi ilə tanış olmuşlar. Heydər Əliyev Fondu, Rusiyanın Xarici İşlər və Mədəniyyət nazirlikləri, Rusiya Mədəniyyət Fondu və Beynəlxalq Proqramlar Direktorluğunun təşkilatçılığı ilə keçirilən sərgidə Beynəlxalq Səyyar İncəsənət Akademiyasında təhsil alan 8 gənc rəssam iştirak edir.

Ekspozisiya ilə tanış olan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərginin işinə uğurlar diləmişdir.

yap.org.az

Digər xəbərlər