PDF Oxu

Siyasət

  • 8

Bahar Muradova: Azərbaycanda çox dinamik inkişaf var və bu kimi hesabatlar bizi yolumuzdan döndərməyəcək

Bahar Muradova: Azərbaycanda çox dinamik inkişaf var və bu kimi hesabatlar bizi yolumuzdan döndərməyəcək

""Human Rights Watch" və digər bu kimi təşkilatlar Azərbaycana qarşı mövqelərində ikili standartlardan çıxış etməyə davam edirlər və bu mövqelərini dəyişməz olaraq saxlayırlar. Bu təşkilatların dəyişməz mövqeyinə qarşı Azərbaycanın da dəyişməz münasibəti var". Bu fikirləri Milli Məclisin sədr müavini Bahar Muradova deyib.

B.Muradova bildirib ki, Azərbaycan dövləti bu kimi hesabatları və həmin qərəzli məqamları mənfi dəyərləndirir. Onun sözlərinə görə, hər hansı bir ölkə və ordakı ictimai-siyasi durum haqqında məlumat verən həmin təşkilatlar məlumatları hərtərəfli toplamalıdır.

"Hesab edirəm ki, həmin məlumatlar həm dövlət, həm də qeyri-dövlət mənbələrdən toplanmalıdır. Amma biz hər dəfə bunun əksinin şahidi oluruq. Hər zaman bu informasiyalar ayrı-ayrı qərəzli dairələrin ötürdüyü hesabatların təkrarı olur. Bu kimi hallarla əslində həmin qurumlar özlərinin səmimiliyinə və obyektivliyinə şübhə oyadırlar. Artıq bu təşkilatlar fəaliyyətlərində və tərtib etdiyi hesabatlarda şübhəli məqamların daha çox olduğunu nəzərə almalıdır. Bu kimi qərəzli hesabatlar tərtib etməklə həmin təşkilatlar özlərinin imiclərinə mənfi təsir göstərirlər. Azərbaycan öz yolu ilə gedərək inkişaf edir. Demokratiya dərinləşir, ictimai-siyasi sabitlik höküm sürür. Azərbaycanda çox dinamik bir inkişaf var və bu kimi hesabatların bizi yolumuzdan döndərəcəyinə heç kim inanmır"- deyə, vitse-spiker vurğulayıb.

yap.org.az

Digər xəbərlər