PDF Oxu

Siyasət

  • 8

ABŞ-ın Vaşinqton və Savannah şəhərlərinin merləri ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı təbriklərini çatdırmışlar

ABŞ-ın Vaşinqton və Savannah şəhərlərinin merləri ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı təbriklərini çatdırmışlar

ABŞ-ın Vaşinqton şəhərinin meri Vinsent Qrey və Ceorciya ştatının Savannah şəhərinin meri Edna Brənç Cəkson Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibətilə təbriklərini çatdırmışlar.

Azərbaycanın Birləşmiş Ştatlardakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, hər iki təbrik məktubunda ümummilli lider Heydər Əliyevin Azərbaycan-ABŞ strateji müttəfiqliyinin gücləndirilməsindəki, o cümlədən 2001-ci il 11 sentyabr terror hadisələrindən sonra rəsmi Bakının ABŞ-a qeyd-şərtsiz dəstək verməsindəki rolu xüsusi vurğulanmışdır.

Edna Brənç Cəkson Xəzər dənizinin enerji resurslarının Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə cəlb olunması və müstəqil Azərbaycanda dini dözümlülüyün təşviqi istiqamətində Heydər Əliyevin səylərini yüksək qiymətləndirmişdir.

Vinsent Qrey isə Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın inkişaf etdiyini vurğulamışdır.

AzərTAc

Digər xəbərlər