PDF Oxu

Siyasət

  • 9

Xələf Xələfov: “İran tərəfi tam açıqlama vermir”

Xələf Xələfov: “İran tərəfi tam açıqlama vermir”

"İranda saxlanan vətəndaşlarımızın günahı yoxdursa, Azərbaycan dövləti onların azad olunması üçün əlindən gələni edəcək". SİA-nın verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov İranda iki Azərbaycan vətəndaşının saxlanmasına münasibət bildirərkən deyib.Onun sözlərinə görə, Azərbaycan vətəndaşlarının İranda həbsi xoşəgəlməz haldır: "Bu cür halların tez-tez baş verməsi ictimaiyyətin narahatçılığına səbəb olur. Bu, eyni zamanda dövlət orqanı kimi bizim də narahatçılığımıza səbəb olur. Digər ölkələrdə saxlanan və ya məsuliyyətə cəlb olunan vətəndaşlara hüquqi yardım göstərilməsi Azərbaycan dövlətinin borcu, ölkənin diplomatik təmsilçilərinin bilavasitə vəzifəsidir. Biz də bunu edirik. Eyni zamanda diplomatik nümayəndələr Azərbaycan vətəndaşlarının İranda saxlanılması faktı ilə bağlı lazımi tədbirlər görüblər və İran tərəfinə müraciət ediblər. Onların harada olması məsələsi araşdırılıb. İran tərəfi hələ də vətəndaşlarımızın hansı səbəbdən saxlandığını tam açıqlamayıb. Amma hərhalda bütün məsələlər aydınlaşacaq. Əgər İranda saxlanılan vətəndaşların günahı yoxdursa, Azərbaycan dövləti onların azad olunması üçün əlindən gələn bütün tədbirləri görəcək".

sia.az

Digər xəbərlər