PDF Oxu

Siyasət

  • 9

Sergey Markov: “Rusiya Dağlıq Qarabağda hərbi əməliyyatların yenidən başlamasına imkan verə bilməz”

Sergey Markov: “Rusiya Dağlıq Qarabağda hərbi əməliyyatların yenidən başlamasına imkan verə bilməz”

"Böyük ərazilərin boş, məskunlaşmamış qalması, məcburi köçkünlərin doğma yurdundan uzaqlarda yaşaması ədalətsizlikdir". SİA-nın verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında politoloq Sergey Markov deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi əbədi olaraq dondurulmuş qala bilməz: "Rusiya bu münaqişənin nizamlanmasında öz rolundan heç bir vəchlə imtina etmir. Həmçinin Rusiya ATƏT-in Minsk Qrupunun həmsədri kimi konfliktin həllinə kömək göstərməyə davam edəcək. Dağlıq Qarabağa münaqişəsi əbədi olaraq dondurulmuş qala bilməz".

Politoloq bildirib ki, Rusiya ATƏT-in Minsk Qrupunun həmsədri kimi həll prosesinin dondurulmuş vəziyyətdən çıxarılmasına çalışır: "Eyni zamanda biz hərbi əməliyyatların yenidən başlamasına da imkan verə bilmərik. Siyasi nizamlamadan başqa, iqtisadi, mədəni, humanitar əməkdaşlığı da inkişaf etdirmək lazımdır. Buna görə də biz ölkələr və xalqlar arasında qarşılıqlı əməkdaşlığın başlaması üçün regionda bütün sərhədlərin maksimum dərəcədə açılmasını istəyirik".

Həmçinin S.Markov vurğulayıb ki, Rusiyanın keçmiş prezidenti Dmitri Medvedyev Dağlıq Qarabağ münaqişəsinin həll etmək istəyirdi: "O qarşısına belə bir məqsəd qoymuşdu, çox enerji sərf etdi, lakin məqsədinə nail ola bilmədi. Böyük ərazilərin boş, məskunlaşmamış qalması, on minlərlə məcburi köçkünün doğma yurdundan uzaqlarda yaşaması ədalətsizlikdir. Düzdür, məcburi köçkünlər artıq düşərgələrdə yaşamır, lakin çox böyük ərazilərin ölü torpağa çevrilməsi, orada heç kimin yaşamaması, bütün infrastrukturun məhv olması son dərəcə böyük ədalətsizlikdir".

sia,az

Digər xəbərlər