"Azərbaycanın bütün seçki komissiyaları Azərbaycan qanunvericiliyinə əsasən formalaşdırılır". SİA-nın verdiyi xəbərə görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bəzi müxalifət təmsilçilərinin seçki komissiyalarının formalaşdırılmasında iştirakı ilə bağlı məsələyə aydınlıq gətirərkən deyib.
Onun sözlərinə görə, seçki qanunvericiliyinin formalaşdırlmasında ATƏT-in də standartları tətbiq olunur: "Azərbaycanda bütün seçki komissiyaları 1/3 prinsipi ilə formalaşdırılır. Hesab edirəm ki, səslənən iradlara baxmayaraq, bu, kifayət qədər ədalətli formatdır. Komissiyaların bu tərkibdə formalaşması seçicilərin də maraqlarına uyğundur. Çünki Azərbaycan cəmiyyətinin böyük əksəriyyəti heç bir partiya mənsubiyyəti olmayan şəxslərdən ibarətdir. Ona görə də bu iradların səslənməsini bir qədər qəribə qəbul edirəm".
sia.az