PDF Oxu

Siyasət

  • 9

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib. SİA-nın məlumatına görə, dövlət başçısı Ulu Öndər Heydər Əliyevə ehtiramını bildirib, məzarı önünə əklil qoyub. Prezident İlham Əliyev akademik Zərifə Əliyevanın da məzarını ziyarət edib, məzarı üzərinə çiçək dəstələri düzüb. Prezidentlə yanaşı, Azərbaycanın dövlət və hökumət rəsmiləri, millət vəkilləri, ictimaiyyət nümayəndələri də Heydər Əliyevin məzarını ziyarət ediblər. Bunun ardınca isə sadə vətəndaşların ziyarəti başlayıb. Ziyarət axşam saatlarına qədər davam edəcək. Qeyd edək ki, bu gün Azərbaycanda və dünyanın bir çox ölkəsində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi qeyd olunur.

sia.az

Digər xəbərlər