Azərbaycan və Ermənistan parlamentarilərinin görüşünün keçirilməsi ilə bağlı Azərbaycan tərəfinə konkret təklif daxil olmayıb". SİA-nın verdiyi xəbərə görə.bunu jurnalistlərə açıqlamasında Milli Məclisin sədr müavini Bahar Muradova deyib.Vitse-spikerin sözlərinə görə, parlamentarilərin görüşü ilə əlaqədar məsələnin reallaşmasını zaman göstərəcək: "Hər bir halda Ermənistanın ali rəhbərliyinin danışıqları irəliyə aparmaq üçün hansısa addımları olmayacaqsa, parlamentarilərinin görüşünün də müsbət nəticə ilə bitəcəyinə ümidim yoxdur. Amma danışmamaqdansa, danışmaq daha yaxşıdır. Görüşlər təşkil etməklə tərəflərin mövqeyini bir-birinə yaxınlaşdırmaq və ən xırda imkanlardan belə istifadə etmək lazımdır".
sia.az