Mayın 10-da Qaradağ rayonunun rəhbərliyi və rayon ictimaiyyətinin nümayəndələri ulu öndər Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü ilə əlaqədar Lökbatan qəsəbəsindəki Heydər Əliyev adına parka gələrək Azərbaycan xalqının Ümummilli Liderinin abidəsi önünə əklil və gül dəstələri qoymuşlar.
AzərTAc xəbər verir ki, mərasim iştirakçıları Ulu Öndərin əziz xatirəsinə dərin hörmət və ehtiramlarını ifadə etmişlər.
AzərTAc