Zərdabda ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi silsilə tədbirlərlə qeyd olunmuşdur.
AzərTAc xəbər verir ki, mayın 10-da sübh tezdən rayon rəhbərləri, idarə və müəssisələrin, kollektivləri, ayrı-ayrı kəndlərdən gəlmiş sakinlər Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət etmiş, önünə əklil, gül-çiçək dəstələri qoymuşlar.
AzərTAc xəbər verir ki, ümumrayon tədbiri müasir Azərbaycan dövlətinin qurucusu, müdrik dövlət xadimi və dahi siyasətçi xadim Heydər Əliyevə zərdablıların dərin məhəbbət və ehtiramının parlaq təcəssümünə çevrilmişdir.
Mərasimdə çıxış edənlər bu dahi insanın bütün çətinlikləri dəf edərək qurduğu müasir və demokratik Azərbaycanın qısa müddətdə inkişaf yoluna çıxmasından, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə regionun ən qüdrətli dövlətinə çevrilməsindən iftixarla söz açmışlar. Azərbaycanın digər rayonları kimi, Zərdabda da sosial-iqtisadi sahələrdə əldə edilən mühüm nailiyyətlər konkret faktlar və rəqəmlərlə diqqətə çatdırılmışdır.
AzərTAc