PDF Oxu

Siyasət

  • 13

Ağsulular ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə öz dərin ehtiramlarını bildirmişlər

Ağsulular ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə öz dərin ehtiramlarını bildirmişlər

Mayın 10-da Ağsuda müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş ümumrayon mərasimi keçirilmişdir.

AzərTAc xəbər verir ki, şəhərin mərkəzindəki Heydər Əliyev parkında səhər saatlarından başlanan tədbirdə minlərlə ağsulu iştirak etmişdir.

Rayon rəhbərliyi, ayrı-ayrı idarə və təşkilatların kollektivləri, ağsaqqallar, ziyalılar, gənclər ümummilli lider Heydər Əliyevin parkdakı abidəsi önünə əklil, gül-çiçək qoymuş, bu dahi şəxsiyyətin xatirəsinə öz ehtiramlarını bildirmişlər.

Mərasim ağsuluların Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün sahələrdə daha sürətli inkişafı naminə gördüyü ardıcıl və məqsədyönlü tədbirlərdə ona daim dəstək olmalarının nümayişinə çevrilmişdir.

AzərTAc

Digər xəbərlər