PDF Oxu

Siyasət

  • 9

Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə töhfə olaraq "Heydər" oratoriyası bəstələnib

Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə töhfə olaraq "Heydər" oratoriyası bəstələnib

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə töhfə kimi çoxsaylı sənət əsərləri cərgəsinə daha bir dəyərli musiqi incisi əlavə edilmişdir. Belə ki, tanınmış bəstəkar Oqtay Rəcəbov AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, AMEA-nın müxbir üzvü, professor Rafael Hüseynovun sözlərinə "Heydər" oratoriyası bəstələmişdir. Bu monumental əsər müasir Azərbaycan musiqisində ən əhəmiyyətli hadisələrdən sayıla bilər.

Qeyd edək ki, oratoriya Azərbaycan bəstəkarlığında az işlənmiş musiqi formalarındandır. Qara Qarayev, Cövdət Hacıyev, Cahangir Cahangirov və daha bir neçə görkəmli bəstəkarımızın oratoriyalarından sonra Azərbaycan musiqisində çoxdan bəri dünya bəstəkarlığında xüsusi sanbalı ilə seçilən bu janra müraciət edilmirdi. Ona görə də "Heydər" oratoriyası həm qüdrətli millət və dövlət rəhbərinə həsr edilən irihəcmli əsər, həm də oratoriyanın musiqimizdə yeni gözəl örnəyi kimi diqqəti cəlb edir.

Əsərdə sözlə musiqinin dərin vəhdəti əvvəldən sonadək müşahidə edilir.

"Heydər" oratoriyası simfonik orkestr, solistlər, xor və qiraətçi üçün partiturasının redaktorları əməkdar incəsənət xadimləri, professorlar Gülnaz Abdullazadə və Nazim Kazımovdur.

ZÜMRÜD

Digər xəbərlər