PDF Oxu

Siyasət

  • 10

"Ekonomist" jurnalının yeni sayı Ümummilli Lider Heydər Əliyevin 90 illiyinə həsr edilib

"Ekonomist" jurnalının yeni sayı Ümummilli Lider Heydər Əliyevin 90 illiyinə həsr edilib

Ukraynanın elmi, ictimai və siyasi "Ekonomist" jurnalının 2013-cü il may nömrəsi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr edilib.

Jurnalın yeni sayı AMEA Elmi İnnovasiyalar Mərkəzinin təşəbbüsü ilə hazırlanmış və layihə jurnalın redaksiya heyəti və Azərbaycanın Ukraynadakı səfirliyi tərəfindən dəstəklənmişdir. Jurnalın ilk səhifəsi Ulu Öndər Heydər Əliyevin həyat yoluna həsr edilmiş, ardınca ictimai xadimlərin bu dahi şəxsiyyət haqqında fikirləri verilmişdir.

"Ekonomist" jurnalında Azərbaycanda elmin inkişaf strategiyası, bilik və innovasiya, elmin dinamik inkişafı mövzularında elm və dövlət xadimlərinin - akademiklər Akif Əlizadə, Ziyad Səmədzadə, Əli Abbasov, Azərbaycan nəqliyyat naziri Ziya Məmmədov, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev, professorlar Fərman Qasımov, İsa Alıyev, Rauf Cəbiyev, iqtisad elmləri doktorları Beykəs Xıdırov, Təbriz Əliyev, Akif Musayev və başqalarının on altı adda məqalələri dərc edilmişdir.

ZÜMRÜD

Digər xəbərlər