Azərbaycanın İsveçrədəki səfirliyi tərəfindən Bern şəhərində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş təntənəli mərasim keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbirdə İsveçrə ictimaiyyətinin tanınmış simaları, Azərbaycan diasporunun üzvləri, bu ölkədə təhsil alan Azərbaycanlı tələbələr, elmi fəaliyyət ilə məşğul olan ziyalılar iştirak etmişlər.
Azərbaycan Respublikasının İsveçrədəki səfiri Ə.Zeynallı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevi Azərbaycan tarixinin yetişdirdiyi ən böyük şəxsiyyətlərdən biri kimi səciyyələndirmişdir.
Bildirilmişdir ki, ölkəmizə rəhbərlik etdiyi bu illər ərzində Ulu öndər Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşımış, onu bir dövlət kimi tarixin ağır və sərt sınaqlarından üzüəş çıxarmışdır.
Səfir Ulu Öndər tərəfindən əsası qoyulmuş daxili və xarici siyasətin bu gün ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır. Tədbir çərçivəsində Ümumilli Lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə hazırlanmış "Əbədiyyət yolu" filmi nümayiş etdirilmişdir.
Təntənəli mərasim Beynəlxalq Muğam Mərkəzinin solistləri xanəndələr Elnur Zeynalov və Arzu Əliyevanın ifasında konsert proqramı və rəsmi ziyafət ilə davam etdirilmişdir.
AzərTAc