Murmanskda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90-illiyinə həsr edilmiş tədbir keçirilmişdir.Tədbirin əvvəlində iştirakçılara Rusiyadakı Azərbaycan diasporunun həftəlik mətbu orqanı olan "Azerbaydjanskiy Konqress" qəzetinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-illiyinə həsr edilmiş nömrəsi paylanmışdır.
Ümumrusiya Azərbaycanlılar Konqresinin Murmansk bölməsinin sədri, regionun İctimai Palatasının üzvü Afil Hüseynov İclasda çıxış edərək, Azərbaycanın və Rusiyanın tarixində ümummilli lider Heydər Əliyevin rolundan danışmışdır.
A.Hüseynov qeyd etmişdir ki, Azərbaycan diasporunun əsası Heydər Əliyev tərəfindən qoyulmuşdur. Bu gün dünyanın müxtəlif guşələrində yaşayan azərbaycanlıların bir millət ideyası ətrafında sıx birləşməsi məhz onun fəaliyyətinin nəticəsidir.
Tədbirin sonunda ulu öndər Heydər Əliyev haqqında film göstərilmişdir.
Sonra tədbir iştirakçılarına Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev haqqında kitablar və jurnallar paylanmışdır.
AzərTAc