Sabah Moskvada Azərbaycan-Rusiya birgə demarkasiya komissiyasının I iclası keçiriləcək. Bu barədə SİA-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. İki gün davam edəcək iclasda Azərbaycan tərəfindən komissiyanın həmsədri, xarici işlər nazirinin müavini Xələf Xələfov iştirak edəcək.
sia.az