PDF Oxu

Siyasət

  • 11

Dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşları, o cümlədən pravoslav xristianlar ölkəmizdə gedən böyük inkişaf və quruculuq prosesində fəal iştirak edirlər

Dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşları, o cümlədən pravoslav xristianlar ölkəmizdə gedən böyük inkişaf və quruculuq prosesində fəal iştirak edirlər

Mayın 13-də Yeni Azərbaycan Partiyasının (YAP) Nizami rayon təşkilatında Pasxa bayramı münasibətilə Azərbaycan Rus İcmasının nümayəndələri ilə görüş keçirilmişdir.

AzərTAc xəbər verir ki, görüşdə çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva yüz illər boyu yüksək mənəvi-əxlaqi dəyərlərin və etnik-dini tolerantlıq ənənələrinin qorunub saxlandığı Azərbaycan cəmiyyətində ayrı-ayrı xalqlar, dinlər və etiqadlar arasında qarşılıqlı hörmət, etimad və qardaşlıq münasibətlərin mövcud olduğunu diqqətə çatdırmışdır.

Bildirilmişdir ki, Azərbaycan xalqı bunu milli dövlətçiliyin böyük uğuru kimi qiymətləndirir, tarixi-mənəvi irsin və etnik-mədəni müxtəlifliyin qorunmasını, multikulturalizm ənənələrinə söykənən ictimai münasibətlərin təbliğini və təşviq edilməsini fəaliyyətimizin başlıca istiqamətlərindən biri hesab edir.

Milli Məclisin deputatı Rasim Musabəyov isə diqqəti çoxmillətli və çoxkonfessiyalı cəmiyyətimizdə xristian icmasının özünəməxsus yeri olmasına yönəltmişdir. Vurğulamışdır ki, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşları, o cümlədən pravoslav xristianlar öz hüquq və azadlıqlarından lazımınca yararlanmaqla, ölkəmizdə gedən böyük inkişaf və quruculuq prosesində fəal vətəndaşlıq mövqeyi nümayiş etdirirlər.

Görüşdə Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan

Yeparxiyasının nümayəndəsi Konstantin Ata və Azərbaycan Rus İcmasının Nizami rayon şöbəsinin sədri Larisa Kovalyova çıxış edərək bildirmişlər ki, rus icması bütün fəaliyyəti boyu Azərbaycan dövlətçiliyinin qorunmasında və möhkəmləndirilməsində iştirak etmişdir. İcma bu ənənəsinə sadiq qalaraq qarşıdan gələn prezident seçkilərində də Azərbaycanda dövlətçiliyin qorunmasının və möhkəmləndirilməsinin əsas qarantı olan hazırkı dövlət başçısı İlham Əliyevin namizədliyini dəstəkləyəcəkdir.

Sonda Nizami rayonunda yaşayan 230-dan artıq icma üzvünə bayram hədiyyələri verilmişdir.

AzərTAc

Digər xəbərlər