PDF Oxu

Siyasət

  • 22

Azərbaycan deputatları Baltik Assambleyasının “Əməkdaşlığın inkişafı: Baltikyanı dövlətlərin yanaşması” mövzusunda beynəlxalq konfransında iştirak etmişlər

Azərbaycan deputatları Baltik Assambleyasının “Əməkdaşlığın inkişafı: Baltikyanı dövlətlərin yanaşması” mövzusunda beynəlxalq konfransında iştirak etmişlər

Riqada Baltik Assambleyasının "Əməkdaşlığın inkişafı: Baltikyanı dövlətlərin yanaşması" mövzusunda beynəlxalq konfransı keçirilmişdir. Konfransın işində Azərbaycan Milli Məclisinin deputatları Elton Məmmədov və Əli Məsimli də iştirak etmişlər.

Konfransda Avropa İttifaqı çərçivəsində əməkdaşlığın inkişafının imkan və perspektivləri ilə bağlı məsələlər müzakirə olunmuşdur.

Azərbaycan deputatları GUAM-ın Parlament Assambleyası (PA) çərçivəsində əməkdaşlığa dair fikirlərini bölüşmüşlər.

Azərbaycanın GUAM PA-dakı nümayəndə heyətinin başçısı Elton Məmmədov çıxışında Dağlıq Qarabağ münaqişəsinə də toxunaraq vurğulamışdır ki, dünya birliyi problemin tezliklə həll edilməsi üçün öz mövqeyini bildirməli və Azərbaycanın haqq səsini dəstəkləməlidir. Deputat Litva Seymində Dağlıq Qarabağın dünya ictimaiyyəti tərəfindən tanınmamış separatçı rejimi ilə beynəlxalq hüquq normalarına zidd olan dostluq qrupunun yaradılmasını da kəskin pisləmişdir.

AzərTAc

Digər xəbərlər