Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və AMEA İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə mayın 17-18-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş "İnformasiya təhlükəsizliyi problemləri" I Respublika elmi-praktiki konfransı keçiriləcəkdir.
AzərTAc xəbər verir ki, İnformasiya Texnologiyaları İnstitutunda konfransın işinin təşkili məqsədilə yaradılmış işçi qrupun növbəti iclası keçirilmişdir. İclasda görülən işlərin icra vəziyyəti, məruzələrin prezentasiyalarının hazırlanmasına qoyulan tələblər və digər elmi-təşkilati məsələlər müzakirə olunmuş, rəy və təkliflər səsləndirilmişdir.
AzərTAc