PDF Oxu

Siyasət

  • 10

Azər Badamov: Yerli özünüidarəetmə orqanları səlahiyyətlərindən səmərəli istifadə etməlidir

Azər Badamov: Yerli özünüidarəetmə orqanları səlahiyyətlərindən səmərəli istifadə etməlidir

"Ölkədə yerli özünü idarəetmə orqanları fəaliyyətləri ilə cəmiyyətdə özlərini təsdiq edə bilirlər. Bir çox bələdiyyələr əhalinin sosial məsələlərinin həllində yaxından iştirak edir". Bu fikirləri Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Azər Badamov deyib.

A.Badamov bildirib ki, bələdiyyələrə dair güclü hüquqi baza mövcuddur. Onun sözlərinə görə, yerli özünüidarəetmə orqanları bu səlahiyyətlərdən səmərəli istifadə etməlidirlər.

Komitə üzvü qeyd edib ki, bələdiyyələrin fəaliyyəti təkmilləşdikcə onların səlahiyyətlərinin artırılması mümkündür. "Milli Məclisin ötən sessiyalarının birində bununla bağlı qanun layihəsi müzakirəyə çıxarılmışdı. Amma həmin sənədin daha da təkmilləşdirilməsi zərurəti meydana gəldi. Buna baxmayaraq, hazırda da bələdiyyələrin kifayət qədər geniş səlahiyyətləri var və onlar bu səlahiyyətlərindən istifadə etməlidirlər"- deyə, A.Badamov qeyd edib.

yap.org.az

Digər xəbərlər