PDF Oxu

Siyasət

  • 6

Azərbaycanın Qırğızıstandakı səfiri bu ölkədə fəaliyyət göstərən diaspor təşkilatlarının rəhbərləri ilə görüşmüşdür

Azərbaycanın Qırğızıstandakı səfiri bu ölkədə fəaliyyət göstərən diaspor təşkilatlarının rəhbərləri ilə görüşmüşdür

Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov bu ölkədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri ilə görüşmüşdür.

Görüşdə "Qırğızıstan Azərbaycanlıları Konqresi" İctimai Birliyinin prezidenti Çingiz Ələsgərov, Kara Baltadakı "Sodrujestvo" Cəmiyyətinin prezidenti Mirzəli Rzayev, "Qırğızıstan Azərbaycanlıların Əlaqələndirmə Mərkəzi" İctimai Birliyinin prezidenti Cəbi Rəsulov və İssıkkuldakı "Xəzər" İctimai Birliyinin prezidenti Ziyəddin Hüseynov iştirak etmişlər.

Səfir diaspor təşkilatlarının fəaliyyəti ilə maraqlanmış, onların proqramı, həmvətənlərimizlə aparılacaq işlərlə bağlı məsələləri müzakirə etmişdir.

Qırğızıstandakı diaspor təşkilatları arasında olan problemlərdən danışan diplomat qeyd etmişdir ki, soydaşlarımızın birliyinə ciddi ehtiyac vardır. Səfir soydaşlarımız arasında belə bir birliyin formalaşması və möhkəmləndirilməsi üçün səylərini əsirgəməyəcəyini, diaspor təşkilatlarının tədbirlərində yaxından iştirak edəcəyini bildirmişdir.

Görüşdə Qırğızıstanda Azərbaycan Mədəniyyət Evinin açılması və onun nəzdində Azərbaycan məktəbinin fəaliyyəti məsələlərinə də toxunulmuşdur.

H.Orucov bu məsələlərin həll olunması üçün səfirlik tərəfindən dəstəyin göstəriləcəyini vurğulamışdır.

AzərTAc

Digər xəbərlər