ABŞ-ın Nyu York şəhərində dərc olunan və böyük oxucu kütləsinə malik "New Frontier" (Yeni Sərhəd) qəzetinin 113-cü sayında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev barədə "May ayının 10-da Heydər Əliyevin andan olmasından 90 il keçir" adlı geniş məqalə dərc olunmuşdur.
Azərbaycan Respublikasının BMT yanındakı Daimi Nümayəndəliyindən AzərTAc-a bildirmişlər ki, məqalədə ümummilli lider Heydər Əliyevin SSRİ dövründəki fəaliyyəti və əldə etdiyi nailiyyətlərdən bəhs olunur.
Məqalədə, həmçinin, Azərbaycanın müstəqilliyi dövründə Ulu Öndərin dövlət quruculuğu, iqtisadi inkişaf, daxili və xarici siyasət sahələrində qazandığı uğurlar barədə məlumat verilmişdir.
Məqalə ilə http://newfront.us/?p=949 saytında tanış olmaq mümkündür.
AzərTAc