Mayın 15-də Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Rövşən İbrahimov və iqtisadiyyatın təhlili və qloballaşma məsələləri şöbəsinin müdiri Vüsal Qasımlı Misirdə səfərdə olacaqlar.
SAM-dan AzərTAc-a bildirmişlər ki, səfərin məqsədi Misirin tədqiqatçılarına və universitetin tələbələrinə Azərbaycanın müasir vəziyyətini və inkişaf meylini elmi təhlillər əsasında təqdim etməkdir.
Səfər çərçivəsində hər iki mütəxəssis Qahirənin Amerika Universitetində və Qahirə Universitetinin Asiya Təlimləri Mərkəzinin Azərbaycanşünaslıq bölməsində "Azərbaycanın iqtisadiyyatı və enerji siyasəti" mövzusunda məruzələrlə çıxış edəcəklər.
AzərTAc