PDF Oxu

Siyasət

  • 13

Elşən Musayev: "Bir də gördün Rüstəm müəllim zəng edib ki…”

Elşən Musayev: "Bir də gördün Rüstəm müəllim zəng edib ki…”

"Öz uğursuz fəaliyyətlərinə, eyni zamanda çoxdan təqdim etmələri gərəkən platformaya, ideyalara deyil, Azərbaycan tarixindəki şərəfli bir günə istinad etmək sözün əsl mənasında bu insanların psixoloji problemindən xəbər verir. Yəqin bununla özlərinə təlqin və sübut etmək istəyirlər ki, biz də eyni tarixi təkrarlaya bilərik. Ya da kimlərsə bu yalnış həqiqətə inandırıb onları. Lakin unudurlar ki, nə İbrahimbəyovdan Rəsulzadə, nə Namazovdan Xoyski, nə Qəmbərdən Hacınski, nə də Kərimlidən Mehmandarov çıxar". SİA-nın məlumatıan görə, bu fikirləri politoloq Elşən Musayev "Milli Şura" adlanacaq qurumun, 28 may tarixində gerçəkləşəcəyi təqdimatı ilə bağlı Eldar Namazovun verdiyi açıqlamaya münasibət bildirərkən deyib.

Politoloq qeyd edib ki, guya bu təqdimat 29, ya 30 mayda olsaydı nə dəyişəcəkdi ki?: "Yoxsa bir "dubinka"dan qorxub meydanlara çıxmama, vergi cinayətindən dolayı ölkəyə qorxusundan ayaq basmama "CƏSARƏTİ" ilə bu ölkədə qəhrəmanlıq salnaməsimi yazmaq istəyirlər? Kimlə? Necə? Məgər anlamırlarmı ki, böyük tarixləri yaratmaq böyük insanların işidir və həmin keyfiyyət İbrahimbəyovun da, Namazovun da istedadının fövqündədir? 1 aydır mətbuatdan - həmin bu mövcudatı olmayan qurumun, olmayan ideologiyanın, olmayan birliyin müjdələrini almaqdayıq. Hər gün də bir "hava"dadırlar. Amma ortalıqa bir şey qoya bilmirlər ki, bilmirlər. Hələ yaxşı ki, arada Rüstəmbəyov kimdənsə göndərdiyi pulların hesabını soruşur, vaxtı olanda müxalifət liderlərini "valideyn sillə"sinə qonaq edərək tənbehləyir ki, bir az diri olun, aktivləşin, toparlanın. Yoxsa bunların varlığından ümumiyyətlə bixəbər olarıq. Amma kimə deyirsən? Yenə də bir sonuca vara bilmirlər. Hamı dirəşib ki, özüm olacağam Prezident. Haranın Prezidenti, kimin Prezidenti, nəyin Prezidenti-bu haqqda isə təfərrüat yoxdur. Hərdən mənə elə gəlir ki, bunlar üçün heç dövlət Prezidentliyini-filan da prioritet deyil. Nə olur olsun, lap hansısa məhdud məsuliyyətli cəmiyyətin Prezidentliiyi olsun, fərq etməz. Yetər ki, Prezidentlik olsun.

Ayrıca anlamadığım bir şey də var: Rüstəmbəyovun və Namazovun hansı ağılla ətraflarındakı adamları birliyə dəvət etmələri...

Məgər qocaman ssenarist anlamırmı ki, hətta dünyanın bütün Oskarlarını belə yığıb-yığışdırıb ona versələr, yenə İsa ilə Əlini birləşdirə, onları ortaq mövqeyə gətirə bilməz? Ya da köhnə reneqat fərqində deyilmi ki, bu günə qədər təşkil olunan bütün müxalif fraksiyalar elə həmin İsa Qəmbərlə Əli Kərimlinin daş kəsməyən ambisiyası ucbatından ağlar günə qalıb? Bunu anlamaq o qədərmi çətindir? Bir-birinə patoloji nifrət edən 2 adama necə və hansı şəkildə bərabərlik, birlik anlayışı təlqin oluna bilər? Həm, durub dururkən niyə işgəncə verilir ki, onlara? Bəs xarici təşkilatlardan qrantları kim alsın? Bəs növbəti 5 il üçün azuqə hansı şəkildə toplansın?

Odur ki, Eldar Namazov hansısa böyük tarixin eyforiyası ilə bərabər bir də çox yaxınlarda onları qarşılayacaq olan daxili vulkanların, fiaskonun, ambisioz savaşların depressiyasına hazırlasın özünü. "28 may" - söhbətinə də çox qapılıb qalmasın. Bir də gördün Rüstəm müəllim dünyanın o biri başından zəng edib dedi ki, təqdimatı Rusiyanın müstəqillik gününə salası olduq, tapşırıq dəyişib. Gəl ondan sonra bir də mətbuatı yığ başına ki, elə deyil-belədir".

sia.az

Digər xəbərlər