PDF Oxu

Siyasət

  • 11

Səməd Seyidov: Azərbaycanın Avropa Şurasında mövqeləri gündən günə möhkəmlənir

Səməd Seyidov: Azərbaycanın Avropa Şurasında mövqeləri gündən günə möhkəmlənir

"Sivil dünyanın ayrılmaz hissəsi olan Azərbaycan beynəlxalq aləmə inteqrasiya etməyi, xarici dövlətlərlə ikitərəfli və çoxtərəfli əlaqələri genişləndirməyi özünün xarici siyasətinin strateji istiqaməti kimi müəyyənləşdirib". Bu fikri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

S.Səmədov bildirib ki, buraya ölkəmizin beynəlxalq və regional təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi də daxildir. Onun sözlərinə görə, Azərbaycan dünyanın əksər ölkələri ilə ikitərəfli diplomatik əlaqələr qurmağa nail olub.

"Ölkəmizin rəhbərliyi milli maraqlarımızı əsas tutaraq siyasi, iqtisadi, mədəni və s. sahələrdə xarici dövlətlərlə münasibətləri inkişaf etdirir. Eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu fəaliyyət həyata keçirilir. Bu mənada Azərbaycanın Avropa Şurasında mövqeləri gündən günə möhkəmlənir. Ölkəmizdə demoeratik islahatlar və onun uğurlu nəticələri beynəlxalq müstəvidə yüksək qiymətləndirilir"- deyə, komitə sədri vurğulayıb.

yap.org.az

Digər xəbərlər