PDF Oxu

Siyasət

  • 12

Rasim Musabəyov: Həmsədrlər mövcud vəziyyətin çox təhlükəli olduğunu və status-kvonu dəyişməyin lazım olduğunu Ermənistan tərəfinə çatdırmalıdırlar

Rasim Musabəyov: Həmsədrlər mövcud vəziyyətin çox təhlükəli olduğunu və status-kvonu dəyişməyin lazım olduğunu Ermənistan tərəfinə çatdırmalıdırlar

"Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Krakovda keçirəcəyi görüşdə müəyyən tərəqqi əldə olunsa, dövlət başçılarının görüşü məsələsi gündəmə gələ bilər". Bu fikri Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.

R.Musabəyov bildirib ki, Krakovda keçiriləcək görüşün əsas mahiyyəti danışıqların gündəliyi və müzakirə olunmaq üçün məsələləri müəyyənləşdirməkdir. Onun sözlərinə görə, ATƏT-in Minsk qrupu həmsədrləri və onların təmsil olunduğu ölkələrin başçıları mövcud vəziyyətin çox təhlükəli olduğunu və status-kvonu dəyişməyin lazım olduğunu Ermənistan tərəfinə çatdırmalıdırlar. Bununla yanaşı, həmin dəyişikliklərin Madrid prinsipləri əsasında həyata keçirilməsi vacib faktordur.

"Danışıqlar prosesinə Azərbaycan və Ermənistan tərəfinin fərqli yanaşmaları mövcuddur. Azərbaycan tərəfi bəyan edir ki, danışıqlar prosesində artıq sülh müqaviləsinin hazırlanmasının vaxtı çatıb. Ancaq ermənilər bu məsələni uzadaraq bilavasitə danışıqların mahiyyətinə aid olmayan sualları, Xocalı aeraportunun açılması, atəşkəsin möhkəmləndirilməsi, snayperlərin geriyə çəkilməsi kimi məsələləri ortalığa atırlar. Hesab edirəm ki, bu addımlar müharibəyə gətirib çıxara bilər"- deyə, politoloq vurğulayıb.

yap.org.az

Digər xəbərlər