PDF Oxu

Siyasət

  • 14

Azərbaycanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasında mətbuat üçün bəyanat qəbul edilmişdir

Azərbaycanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasında mətbuat üçün bəyanat qəbul edilmişdir

Türkiyənin Hatay vilayətinin Reyhanlı şəhərində baş vermiş terror aktları nəticəsində ən azı 46 nəfərin həlak olması və yüzlərlə insanın xəsarət alması ilə əlaqədar Azərbaycanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasında mətbuat üçün bəyanatı qəbul edilmişdir.

Bu barədə Azərbaycan Respublikasının BMT Təhlükəsizlik Şurası yanındakı Daimi Nümayəndəliyindən məlumat verilmişdir.

Bəyanatda Şura üzvləri bu terror aktını qətiyyətlə pisləmiş, terror qurbanlarının ailə üzvlərinə, Türkiyə Hökuməti və xalqına başsağlığı vermiş, bu cinayəti törədən, terroru təşkil edən, maliyyələşdirən və dəstəkləyən şəxslərin məsuliyyətə cəlb olunması vacibliyini vurğulamışlar.

Bununla yanaşı, Şura üzvləri terrorçuluğun bütün növ və təzahürlərinin beynəlxalq sülh və təhlükəsizliyə ən ciddi təhdidlərdən biri olduğunu, terror aktlarının, onların motivlərindən, harada, nə vaxt və kim tərəfindən törədilməsindən asılı olmayaraq, cinayət hesab etdiklərini və bağışlanılmaz olduğunu qeyd etmişlər.

yap.org.az

Digər xəbərlər