PDF Oxu

Siyasət

  • 22

“Azərbaycan Respublikasında Sahibkarlığın inkişafı”

“Azərbaycan Respublikasında Sahibkarlığın inkişafı”

Qafqaz regionunda əczaçılıq sahəsində ən böyük şirkət olan "Avromed"in dəstəyi ilə "Xalq" və "Kaspi" qəzetlərinin Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə "Azərbaycan Respublikasında Sahibkarlığın inkişafı" istiqaməti üzrə yazı müsabiqəsinin nəticələrinə həsr olunmuş konfrans keçirilib. SİA-nın verdiyi xəbərə görə, konfransda "Kaspi" Şirkətlər Qrupunun rəhbəri Sona Vəliyeva, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, millət vəkili, "Avromed" şirkətinin təsisçisi Cavanşir Feyziyev, biznes və media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan MŞ-nın sədri Ə.Amaşov bildirib ki, Azərbaycanda aparılan bütün islahatlar Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır: "Keçən əsrin 90-ci illərinin əvvələrində Azərbaycan ciddi olaraq, ictimai-siyasi, sosial, hərbi problemlərlə üz-üzə qalmışdı. Böhran vəziyyətinə düşən ölkənin müstəqilliyini təmin etmək üçün ciddi islahatların aparılması gərəkli idi. Bu heç də asan məsələ deyildi. Bir ictimai formasiya digəri ilə əvəz olunmalı idi. Müharibə şəraitində olan ölkəmizdə ilk olaraq hərbi islahatlar həyata keçirildi. Qısa bir vaxt ərzində Azərbaycanın hərbi doktorinası qəbul olundu. Bununla yanaşı Azərbaycanda həyata keçirilən pul-maliyyə islahatı, bank sisteminin qurulması ilə bağlı islahatların hər biri məhz Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bundan başqa Azərbaycanda aparılan ən böyük və əhəmiyyətli islahatlarda biri özəlləşmənin həyata keçirilməsidir. Bununla bağlı həyata keçirilən layihənin əhəmiyyəti çox böyükdür. Ümumilikdə müsabiqəyə 70 yazı təqdim olunub. Onlardan birinci yerə 1500 AZN, ikinci yerə 1000 AZN, üçüncü yerə isə 700 AZN pul mükafatı nəzərdə tutulub. Bundan başqa 9 nəfər üçün həvəsləndirici mükafat nəzərdə tutulub. Onlarında hər birinə 250 AZN məbləğində mükafat veriləcək".

Daha sonra çıxış edən "Kaspi" Şirkətlər Qrupunun rəhbəri Sona Vəliyeva isə bildirib ki, Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi elə bir dövrə təsadüf edirdi ki, Azərbaycanın müstəqilliyi təhlükə altında idi. Ancaq ümummilli lider Heydər Əliyevin qətiyyəti nəticəsində bütün bu problemlər aradan qalxmaqla bərabər meydana çox çətin bir sual çıxdı. Bu sual ondan ibarət idi ki, sovet dövründən qalan kiçik iqtisadiyyatın bərpası və onun inkişaf etdirilməsi. Məlum idi ki, sovet dövründən qalan iqtisadiyyatımımz dağılaraq tənəzzülə uğramışdı. Ulu öndər əsas məsələ kimi onu ortaya qoydu ki, demoktatik dövlət quruculuğunun prinsiplərini qəbul edən bir ölkə üçün onun iqtisadiyyatı yalnız bazar iqtisadiyyatı yolu ilə həyata keçirilməlidir. İqtisadiyyatın ayrı-ayrı sahələrini düzgün qurmaq üçün azad sahibkarlığın inkişafına meydan yaratmaq lazım idi. Bu çox düzgün qərar idi. Çünki Heydər Əliyev 1969-cu ildən 1982-ci ilə qədər Azərbaycanda birinci katib vəzifəsində çalışan zaman ölkə iqtisadiyyatını çox gözəl bilirdi. Sahibkarlığın inkişafına qəti şəkildə qərar verdi. Özəlləşmənin həyata keçirilməsi, sahibkarlığın inkişafına yaradılan şərait qısa bir müddətdə özünün müsbət nəticələrini verdi. Bütün bunlar Azərbaycan xalqının rifahı üçün idi. 1997-ci ilin iyun ayında "Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafına dair" dövlət proqramı tətbiq edildi. Bu proqramın əsasında da Azərbaycanda kiçik və orta sahibkarlığa milli kömək fondu, sahibkarlıq mərkəzləri, lizinq mərkəzləri, regionlarda müvafiq idarələr yaradıldı. Bütövlükdə iqtisadiyyatın inkişafında yeni bir formasiyanın iqtisadi inkişaf yolu müəyyənləşdi. Bütün bunlar çox təqdirəlayiq hal idi. Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə Azərbaycan iqtisadiyyatı özünün quruculuq, keçid və inkişaf dövrünü müəyyənləşdirdi. Onun layiqli varisi prezident İlham Əliyevin dövründə isə Azərbaycan iqtisadiyyatı özünün tərəqqi dövrünə çatdı".

"Avromed" şirkətinin təsisçisi Cavanşir Feyziyev isə bildiridi ki, Ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan bu layihədə məhz jurnalistlərin iştirakı şərt kimi qarşıya qoyulmuşdu.

Daha sonra müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Qaliblər "Palitra" qəzetindən İlkin Ağayev, "Kaspi" qəzetindən Rufiq İsmayılov, "Xalq" qəzetindən Vüqar Rüstəmov, "Yeni Azərbaycan" qəzetindən Nardar Bayramlı və digərləri olub.

sia.az

Digər xəbərlər