PDF Oxu

Siyasət

  • 8

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə Quba rayonu arasında regional videokonfrans təşkil ediləcəkdir

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə Quba rayonu arasında regional videokonfrans təşkil ediləcəkdir

Mayın 17-də Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) təşkilatçılığı və "PAŞA Bank"ın dəstəyi ilə Qubadakı Heydər Əliyev Mərkəzində regional videokonfrans keçiriləcəkdir.

QKDK-nın ictimaiyyətlə əlaqələr sektorundan AzərTAc-a bildirmişlər ki, videokonfransda Quba daxil olmaqla Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarından səhmdar cəmiyyətlərin rəhbərləri iştirak edəcəklər.

Səhmdar cəmiyyətlərində korporativ idarəetmənin və hesabatlıq sisteminin səmərəliliyinin artırılması məsələlərinin müzakirə olunacağı konfransda Bakı şəhəri və Quba rayonu arasında videoəlaqə yaradılacaq və mövzu ətrafında QKDK-nın struktur rəhbərləri ilə canlı dialoq aparılacaqdır.

AzərTAc

Digər xəbərlər