PDF Oxu

Siyasət

  • 15

Nurlana Əliyeva: Həyata keçirəcəyimiz layihələr sırasında prezident seçkiləri ilə bağlı tədbirlər xüsusi yer tutacaq

Nurlana Əliyeva: Həyata keçirəcəyimiz layihələr sırasında prezident seçkiləri ilə bağlı tədbirlər xüsusi yer tutacaq

"2013-cü il üçün təşkilatımızın tədbirlər planı zəngindir. Həyata keçirəcəyimiz layihələr sırasında prezident seçkiləri ilə bağlı tədbirlər xüsusi yer tutacaq". Bu fikirləri Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri Nurlana Əliyeva deyib.

N.Əliyeva bildirib ki, əsas məqsədlərdən biri qarşıdan gələn prezident seçkilərində qadınların fəallığını təmin etməkdir. Onun sözlərinə görə, bunun üçün Bakı şəhərində və regionlarda müxtəlif səpkili tədbirlər həyata keçiriləcək.

"Çalışacağıq ki, seçkilərdə ölkəmizin qadınları mütəşəkkil surətdə təmsil olunsun. Biz qadınlar Azərbaycanımızı sürətlə inkişaf etdirən, dünyada nüfuzunu gücləndirən Prezident İlham Əliyevi yenə də ölkə rəhbər kimi görmək istəyirik. Əslində, bu, bütün xalqımızın arzusudur"- deyə, YAP Qadınlar Şurasının sədri vurğulayıb.

N.Əliyeva qeyd edib ki, bu il ərzində həmçinin, digər mövzularda da layihələr reallaşdırılacaq. Belə ki, YAP Qadınlar Şurası tərəfindən müxtəlif xeyriyyə aksiyaları olacaq, hərbi hissələrdə əsgərlə görüşlər keçiriləcək, milli, dövlət bayramları qeyd ediləcək və digər tədbirlər baş tutacaq.

yap.org.az

Digər xəbərlər