Sosial ipotekaya ayrılan vəsaitin həcmi artırılacaq. Bu barədə gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib.
İ.Babayev qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin sonuncu iclasında gənclərin mənzil ipotekası ilə təminatı üçün səsləndirdiyi fikirlərə müvafiq olaraq Gənclər və İdman Nazirliyi və Dövlət İpoteka Fondu tərəfindən bundan əvvəl hazırlanmış sənədə yenidən baxılır. Onun sözlərinə görə, sosial ipotekaya ayrılan vəsaitin miqdarı təsiredici şəkildə artırılması, həmçinin, sosial ipotekanın alnıma qaydalarında müəyyən təkmilləşdirilmə və sadələşdirilmə tətbiq edilməsi nəzərdə tutlur.
"Ölkə Prezidentinin göstərişi ilə gənclərə ayrılan sosial ipotekanın verilməsi məsələsinə yenidən baxılacaq. Eyni zamanda, sosial ipotekanın alınma qaydalarında müəyyən təkmilləşdirmə nəzərdə tutulur" - deyə, nazir müavini vurğulayıb.
yap.org.az