Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan haqları və Sosial siyasət komitələrinin birgə iclası keçirilib. İclasda "İctimai iştirakçılıq haqqında" qanun layihəsi və Miqrasiya Məcəlləsi layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.
İclasda parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova və digər millət vəkilləri çıxış edərək gündəlikdə olan məsələlər haqında fikirlərini bildiriblər.
Müzakirələrdən sonra qanun layihələri ikinci oxunuşda baxılması üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.
yap.org.az