"Miqrasiya Məcəlləsi bu sahədə dövlət siyasətinin həyata keçirilməsini, miqrasiya proseslərinin və bu sahədə yaranan münasibətləri tənzimləyəcək. Bu sənəd həmçinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda hüquqi vəziyyəti ilə bağlı normaları müəyyənləşdirəcək". Bu fikirləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.
Ə.Hüseynli bildirib ki, məcəlləyə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycana gəlməsi, ölkədə olması və ya yaşaması Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə, onun dünyəvi xarakterinə zərər vura biləcəyi hallarda onların ölkədə olması arzuolunmaz hesab edilə bilər.
"Şəxsin arzuolunmaz hesab edilməsi 5 il müddətinə müəyyən edilir və müvafiq əsaslar aradan qalxmadıqda eyni müddətə uzadıla bilər. Uzadılmaların sayı isə məhdudlaşdırılmır"- deyə, komitə sədri qeyd edib.
yap.org.az