İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti fiziki şəxs Kamil Hacıyevə məxsus istehsalat sahəsində yoxlama aparmışdır.
Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, yoxlama zamanı mənşəyi məlum olmayan 4 min litr sirkə satışdan çıxarılmış və mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq məhv edilmişdir.
AzərTAc