PDF Oxu

Siyasət

  • 11

Ramin Məmmədov: Partiyamızın Gənclər Birliyinin xarici əlaqələri yüksələn xətlə genişlənir

Ramin Məmmədov: Partiyamızın Gənclər Birliyinin xarici əlaqələri yüksələn xətlə genişlənir

"Yeni Azərbaycan Partiyası geniş beynəlxalq əlaqələrə malikdir. Təbii ki, bu fakt partiyamızın nüfuzunun göstəricisidir". Bu fikirləri YAP Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov deyib.

R.Məmmədov bildirib ki, YAP dünya ölkələrinin bir çox böyük siyasi partiyaları ilə əməkdaşlıq edir. Onun sözlərinə görə, Cənubi Qafqaz ən güclü siyasi qüvvəsi olaraq partiyamız beynəlxalq səviyyədə özünəməxsus yer tutur.

"YAP-ın Gənclər Birliyi də beynəlxalq əlaqələrini genişləndirir. Partiyamızın rəhbərliyinin dəstəyi ilə gənclərimiz bir sıra ölkələrin partiyalarının gənclər təşkilatları ilə əməkdaşlıq edirlər. Artıq ikitərəfli əməkdaşlıq çərçivəsində qarşılıqlı səfərlər də intensiv xarakter alıb. Eləcə də, partiyamızın Gənclər Birliyi beynəlxalq tədbirlərdə fəal iştirak edirlər. Hesab edirəm ki, bu cür səfərlər beynəlxalq əlaqələrimizin daha da gücləndirilməsi baxımından əhəmiyyətlidir. Bütövlükdə isə təşkilatımızın xarici əlaqələri yüksələn xətlə genişlənir"- deyə R.Məmmədov qeyd edib.

yap.org.az

Digər xəbərlər