PDF Oxu

Siyasət

  • 8

Valeh Hacıyev: Türk dünyasının problemlərini həll etmək üçün türk xalqlarının vahid diasporunun yaradılması vacibdir

Valeh Hacıyev: Türk dünyasının problemlərini həll etmək üçün türk xalqlarının vahid diasporunun yaradılması vacibdir

"Türk dünyasının problemlərini həll etmək üçün türk xalqlarının vahid diasporunun yaradılması vacibdir". Bu fikri Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Valeh Hacıyev deyib.

V.Hacıyev bildirib ki, soydaş xalqların ortaq fəaliyyəti onların güclü addımlarla irəliləməsini, gələcəkdə türk xalqlarının fərqli mövqedə yer almasını təmin edəcək. O Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin I Forumunun Bakıda keçirilməsini də Azərbaycanın bu məsələni əhəmiyyətli hesab etməsi ilə əlaqələndirib.

"Diasporların xaricdə birgə fəaliyyəti bir çox məsələlərin həllində önəmli rol oynayacaq. Xaricdə birlikdə hərəkət etmək iradəsini ortaya qoya bilmək üçün bu çox müsbət addımdır"- deyə, Dövlət Komitəsinin sədr müavini qeyd edib.

yap.org.az

Digər xəbərlər