PDF Oxu

Siyasət

  • 5

YAP Gənclər Birliyi “Youth Business-Milli Biznes Çempionatı” layihəsini həyata keçirir

YAP Gənclər Birliyi “Youth Business-Milli Biznes Çempionatı” layihəsini həyata keçirir

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi (GB) sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən gənclərimiz üçün yeni layihə həyata keçirir. Bu layihə gənclərin İntellektual İnkişafına Yardım İctimai Birliyi ilə birgə "İB Club"un tərəfdaşlığı ilə reallaşır. SİA-nın xəbərinə görə, tədbirdə YAP icra katibinin müavini Mübariz Qurbanlı, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, İki Sahil qəzetinin bas redaktoru Vüqar Rəhimzadə iştirak ediblər."Youth Business - Milli Biznes Çempionatı" adlanan bu layihənin əsas məqsədi gənclərin biznes və sahibkarlıq biliklərinə yiyələnməsinə nail olmaqdır. Layihə ilk dəfə 2012-ci ildə həyata keçirilib. Layihəyə universitetlər üzrə təlimçilər və təlimçi olmaq iddiasında olan gənclər cəlb edilib. Onlar arasında seçimlər edildikdən sonra onlara təlimçilik və biznes biliklərinin aşılanması üçün 4 istiqamətdə, həftədə iki dəfə olmaqla 5 həftə ərzində 10 təlim məşqləri keçirilib.Universitetlər üzrə təlimçilər hazırda universitetlərdə "Biznes planının yazılması" təlim-məşqini keçirlər. Hər bir təlimçi təlim keçdiyi tələbələr arasında seçim edərək, bir komanda formalaşdırıb çempionata çıxaracaqalar. Bu il çempionat Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan İqtisad Universiteti, Bakı Slavyan Universiteti, AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Azərbaycan Dövlət Pedaqoji Universiteti və digər universitetləri əhatə edir.Qeyd edək ki, 13 təhsil ocağı üzrə 16 komanda çempionatda hazırladıqları biznes planlarını təqdim edəcəklər. Məlumat üçün bildirək ki, bu komandalardan biri də "İB Club" üzvlərinin komandası olacaq.

yap.org.az

Digər xəbərlər